"Survivor"dakı Doğuşa həyat yoldaşından çağırış: “Qurban olum, geri dön”

TV8-də yayımlanan "Survivor" yarışmasında iştirak edən müğənni Doğuşun azərbaycanlı həyat yoldaşı Xoşqədəm Hidayətqızı verdiyi müsahibə ilə gündəmə gəlib.

Sherg.az xəbər verir ki, o, Doğuşa səslənərək “Qalibiyyətə qədər getsə də, mən artıq deyirəm ki, qurban olum, geri dön” ifadəsini işlədib.

Hidayətqızı bildirib ki, Doğuşun yoxluğu uşaqlara ağır təsir edir: “Uşaqlar çox ağlayır, bu da onların dərslərinə və gündəlik həyatına ciddi təsir göstərir. Əgər bilsəydim, getməməsi üçün yalvarardım. Amma bu onun işidir, mən də işinə qarışmıram”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı və Doğuş 2014-cü ildə ailə qurub, cütlüyün 2016-cı il təvəllüdlü Arda və Arın adlı əkiz oğulları var.