Hasan Can Kaya saxlanıldı

Türkiyədə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi narkotik əməliyyatları çərçivəsində daha iki tanınmış şəxs saxlanılıb.

Milli.Az-ın xəbərinə görə, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata əsasən, saxlanılanlar arasında tanınmış aparıcı Hasan Can Kaya və sosial şəbəkələrdə məşhur olan bir fenomen də var. Xəbərdə bildirilir ki, əməliyyat zamanı onlarla yanaşı çoxsaylı digər şəxslər də nəzarətə alınıb.