Ərdoğan CHP-ni tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində çıxış edərək CHP-ni tənqid edib və bildirib: “Əgər korrupsiya etməmisinizsə, rüşvət almamısınızsa bu təşviş niyə? Ədalətin bərqərar olmasından niyə narahatsınız?”

Sherg.az-ın məlumatına görə, Ərdoğan deyib ki, hakimiyyət dövründə bölünmüş yolların uzunluğu 6 min km-dən 30 min km-dən çoxa çatdırılıb və 77 vilayət bir-birinə bu yollarla bağlanıb. Müxalifətin hökumət layihələrinə mane olduğunu da vurğulayıb.

O, həmçinin İran prezidenti ilə telefon danışığı apardığını, regionda gərginliyin azaldılması üçün Türkiyənin vasitəçi rol oynamağa hazır olduğunu bildirib. İranın xarici işlər naziri də Ərdoğan tərəfindən qəbul edilib.