Yaponiyada ənənəvi delfin balıq ovu mövsümü dünən Vakayama prefekturasının Taiji balıqçı qəsəbəsində start götürüb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, bəzi heyvan hüquqları müdafiəçilərinin reaksiyalarına baxmayaraq, sentyabrın 3-ü yerli vaxtla saat 05:00 radələrində 11 balıqçı qayığı sahildən təxminən 10 kilometr aralıda delfin və balina axtarışına başlayıb.
İsana Balıqçılıq Kooperativindən əldə edilən məlumata görə, balıqçılar mövsümün ilk günü limana əliboş qayıdıblar. Vakayama əyaləti delfin ov mövsümünün fevralın sonuna qədər, balina ovu mövsümünün isə aprelin sonuna qədər davam edəcəyini bəyan edib.
Balıqçıların qanuni icazələr çərçivəsində mövsüm ərzində 9 müxtəlif növdən təxminən 1800 delfin və balinanı tutması və ya öldürməsi gözlənilir.
Qeyd edək ki, Yaponiyanın Taiji qəsəbəsi ilə eyniləşdirilən ənənəvi ov üsulu, delfin və balinaların qayıqların köməyi ilə bir koya yönləndirilərək tutulması və heyvanların kəsici alətlərlə öldürülməsi səbəbiylə reaksiyalara səbəb olur.
Xatırladaq ki, 31 illik fasilədən sonra Beynəlxalq Balina Ovlama Komissiyasından (IWC) çıxdıqdan sonra 2019-cu ildə kommersiya balina ovuna yenidən qanuniləşdirilən Yaponiyadadelfin ovçuluğu yüz illər əvvələ gedib çıxır.
Mənbə: Haber Global