“Titan”ın qalıqları çıxarıldı

Atlantik Okeanında Titanikin qalıqlarına tədqiqatçıları və turistləri aparan “Titan” adlı sualtı avtomobil 18 iyun bazar günü göyərtəsində 5 nəfərlə yoxa çıxmışdı. Daha sonra yüksək təzyiqdən içəriyə doğru partladığı müəyyən edilmiş və içəridəki 5 nəfərin hamısının öldüyü aşharlanmışdı. 

“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, ABŞ Sahil Mühafizəsi dünən açıqlama verərək Titan gəmisinin qalıqlarının okeandan çıxarıldığını bildirib.


Vurğulanıb ki, Sahil Mühafizəsinin mühəndisləri oktyabrın 4-də Şimali Atlantik okeanının dəniz dibində qalan 
“Titan” sualtı nəqliyyat vasitəsinin qalıqlarını və dəlilləri çıxararaq, ABŞ-ın adı açıqlanmayan limanına daşıyıblar. 
Həmçinin “Titan”ın qalan qalıqlarının analiz edilərək qəzanın səbəbinin araşdırılacağı və insan qalıqlarının məhkəmə-tibb ekspertləri tərəfindən müayinə ediləcəyi bildirilib.

Qeyd edək ki, bəyanatda Sahil Mühafizəsinin Dəniz İstintaq Şurasının bu faciə ilə bağlı ictimai dinləmədən əvvəl sübutları təhlil etməyə və şahid ifadələrini almağa davam edəcəyi deyilib.
Mənbə: Hürriyət qəzeti