ABŞ-da ən yeni strateji bombardmançı təyyarənin uçuş sınaqlarına başlanılıb


“ABŞ Hərbi Hava Qüvvələri özünün ən yeni strateji bombardmançı təyyarəsi B-21 Raider-in uçuş sınaqlarına başlayıb”.

“Report”un məlumatına görə, bunu ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Enn Stefanek bildirib.

Onun sözlərinə görə, sınaq ABŞ-a qarşı təcavüz və hücumların qarşısını almaq üçün B-21-in sabitliyini və zərbə gücünü təmin etmək üçün lazımdır.

Qabaqcıl texnologiyalar əsasında yaradılmış, əhəmiyyətli bomba yükü və gizliliyi olan təyyarə həm adi döyüş sursatları, həm də termonüvə silahları daşıya biləcək.