Avropa İttifaqı-Çin sammitinin vaxtı məlum olub

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel dekabrın 7-8-də Aİ-Çin sammitində iştirak etmək üçün Pekinə səfər edəcək.

APA xəbər verir ki, o, bu barədə LCI telekanalının efirində bildirib..

"Dekabrın 7 və 8-də Çində Çin lideri və onun komandası ilə ikitərəfli sammitimiz olacaq",- deyə Mişel bildirib. O, nümayəndə heyətinin tərkibinə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin də daxil olacağını deyib.

Mişel vurğulayıb ki, Avropa Şurası bir neçə aydır ki, Aİ adından irəli sürəcəyi ümumi mövqe hazırlayır. Onun sözlərinə görə, bu, Avropanın Çinlə münasibətləri saxlamaq istəyinə əsaslanan balanslaşdırılmış mövqedir: “Brüssel Çindən müəyyən məhsulların tədarükü kontekstində münasibətləri tarazlaşdırmaqla öz iqtisadi maraqlarını müdafiə etmək niyyətindədir. Digər tərəfdən, biz iqlim dəyişikliyi kimi qlobal məsələlərdə, eləcə də geosiyasi mövzularda Çinlə əməkdaşlıq etməyə çalışırıq”.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı ilə Çin arasında təkbətək sammit 2019-cu ildə təşkil olunub.