Fransa Nigerdəki səfirliyini bağlayıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, paytaxt Niameydəki səfirlik Parisdən fəaliyyətini davam etdirəcək.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq İlqar Vəlizadə söyləyib ki, səfirliyin bağlanması Fransanın Nigerdən tamamilə ümidlərini üzməsi ilə bağlıdır:
"Buna görə də Fransa səfirliyin orada qalmasını ehtiyac görməyib. Digər tərəfdən hadisələr elə cərayan edir ki, Fransa Qərbi Afrikadan müxtəlif yollarla sıxışdırılır. Səfirliyin bağlanması rəsmi Parisin öz səriştəsizliyi ucbatından Afrikada və dünyanın inkişaf etmiş ölkələri arasında nüfuzunu itirdiyini göstərir. Bu proses isə davamlı xarakter daşıyır. Baxmayaraq ki, Nigerdə çevriliş keçən il baş verib, amma səfirlik fəaliyyətini davam etdirirdi. Yəni, keçən il çevrilişin baş verməsi indi də səfirliyin bağlanması baş verən hadisələrin davamlı olduğunu bildirir. Bu isə Fransaya heç bir fayda vermir".