İsveç Kiyev üçün silah istehsalını üçqat artırır

İsveç hökuməti yaxın illərdə artilleriya sursatlarının istehsalını üç dəfə, istehsal tempini isə əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson deyib.

O bildirib ki, söhbət ilk növbədə Ukraynaya tədarük edilən 155 mm çaplı mərmilərdən gedir:

"Əslində onların istehsalı artıq artırılıb, lakin hökumətin fikrincə, bu, kifayət deyil".