Radikal sağçılıq: Qərbin çox böyük dekradasiyası baş verir

ABŞ Rusiyaya qarşı həqiqi münasibətini nümayiş etdirdi və Moskva ilə daha böyük qarşıdurmaya getmək niyyətini ortaya qoydu.
Bunu ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan administrasiyasının əməkdaşı Pol Kreyq Roberts öz saytında yazıb.
“Əgər Qərbin deqradasiyası onun dağılmasına gətirib çıxarmasa, müharibə qaçılmazdır. Qərb elitası başlayan münaqişələrə görə utanmadıqlarını hamıya nümayiş etdirəndə ABŞ-ın Rusiyaya qarşı niyyətləri, nəhayət, aydın oldu. Vaşinqton nüvə armagedonun ruhunu diriltdi”, - Roberts 

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib ki, Roberts son dövrlərdə ABŞ- da həqiqəti ortaya qoyan az saylı ekspertlərdən biridir:
"Hazırda Qərbin çox böyük dekradasiyası baş verir. Sözügedən dekradasiyanın göstəriciləri təkcə siyasi sahədə deyil, bütün sahələrdə hiss olunur. İdeoloji şəkildə bugün Qərbdə kütləvi şəkildə güclənən redikal sağçılıq elementləri müşahidə olunur". 

Politoloq  bunların fonunda Qərbdən Azərbəycana qarşı ciddi tutarsızlıqların hökm sürdüyünü vurğulayıb:
"Qərbin qərəzliliyi təkcə Azərbaycana deyil, müstəqil güc olaraq parıldayan, inkişaf etməkdə olan Şərq ölkələrinə qarşı edilən həzimsizliyin təzahür formasıdır. Hazırda Avropa İttifaqının daxilində parçlanmalar hökm sürməkdədir. Qərbin Rusiyadan böyük enerji aslılığına qarşı Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe, daha əvvəldən NATO-nun Şərqə doğru genişlənməsi siyasətinin qarşısını almaması kollektiv Qərbçilik siyasətinin nə qədər zədələndiyini göstərir".