Kremldə artıq Ermənistan dövlətçiliyinin ləğvi ilə bağlı dəqiq qərar var.
Bunu erməni politoloq Stepan Qriqoryan deyib.
“Azərbaycanla aparılan sülh danışıqları prosesinə Qərbin müdaxilə etməməsi üçün çalışılır. Bu il ABŞ, Rusiya, Avropa, elə də Azərbaycanda seçkilər keçiriləcək. Yəni Ermənistan üçün təhlükəli vəziyyət yaranıb. Aydındır ki, Bakı proseslərdə genişmiqyaslı şəkildə hərəkətə keçəcək”, - S.Qriqoryan bildiirb.
Qriqoryanın fikirlərini şərh "Sherg.az"a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistanın layihə kimi aktuallığı hələki mövcuddur:
"Eyni zamanda müxtəlif güclər tərəfindən istifadə edilir. Kreml ilə İrəvan arasında müəyyən ziddiyyətlər var. Amma bu Rusiyanın Ermənistanın bir dövlət olaraq ləğv olunması ilə bağlı qərar verə biləcəyi anlamına gəlmir. Ermənistanda hakimiyyət dəyişikliyini Rusiya istəyə bilər, o cümlədən buna cəhdlərdə göstərilir. Ancaq dövlət kimi Ermənistanın yer üzərindən silinməsinə variant olaraq baxılmır".