Bayden: ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir

Amerika Birləşmiş Ştatları Tayvanın müstəqilliyini dəstəkləmir.

APA-nın “Reuters“ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

Qeyd edək ki, adanın Çindən müstəqilliyini müdafiə edən Tayvanın Demokratik Tərəqqi Partiyasının namizədi Lai Qingde 40,05% səslə administrasiya rəhbəri seçkilərində qalib gəlib.

O, Çin hakimiyyətini Tayvan boğazındakı yeni vəziyyəti tanımağa çağırıb.