Sabah Şimali Koreyanın xarici işlər naziri Rusiyaya səfər edəcək

Şimali Koreyanın xarici işlər naziri Çoi Son Hi yanvarın 15-17-də Rusiyaya səfər edəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Səfərin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacağı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi Şimali Koreya XİN başçısının yanvarın 15-17-də Moskvaya rəsmi səfərini təsdiqləyib.