Bəyə “sürpriz”: “O, mənim sevgilim olub”

Toy günü bəyə sürpriz edənlər çox olur. Toy mərasimində birisi irəli çıxıb “bu gəlin mənim keçmiş sevgilimdir”, deyirsə,  bəyin hansı hala düşdüyünü təsəvvür etmək elə də çətin olmaz.  Üstəlik, bunu deyən nikahı kəsəcək adamdırsa. 
“Sherg.az” “Milliyet.com.tr”yə sitinadən bildirir ki, eyni hadisə Filippində yaşanıb. Bir müddət sevgili olan cütlük evlənməyə qərar verib. Toy günü təyin edilib, mərasim salonu kirayələnib, bəylə gəlin toy geyimində kilsəyə daxil olub. Nikah masası arxasında əyləşən bəylə gəlin rahibin onalrın kəbinini kəsməsini intizarla gözləyib. Rahib işini kəbin qaydalarına uyğun həyata keçirib. Kəbin  kəsildikdən sonra isə evil cütlüyü təbrik edən rahib toplaşanları şoka salan etiraf edib: “Elə bilirdim bu, yalnız filmlərdə olur. Gəlinlə bağlı bir etiraf edəcəyəm. O, mənim keçmiş sevgilim olub”. Bu sözlər kilsəyə toplaşanlar arasında şopk effketi yaradıb. Eşiydiyi sözlərdən sinirləri pozulan bəy qəhqəhə çəkməyə başlayıb, gəlin isə donub qalıb. Rahib isə heç nə olmamış kimi çıxışna davam edərək bunları söyləyib: “Ümid edirəm, ömürlərinin sonunadək xoşbəxt yaşayarlar. Evlilik yalnız 2 nəfərdən ibarət deyil, 3 nəfərlikdir. O 3-cü adam mən deyiləm, qorxmayın. O, hamımızın  yaradıcısı olan Tanrıdır”.  Videosu paylaşılan toy mərasimi social şəbəkədə izləmə rekordu qırıb.