Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Biləsuvarda bir neçə minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.

Qəza səbəbindən magistralın Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.