2.5 ton fil dişi məhv edildi
Yusif Nəzərli
04:42 11.01.2024
Dünya
391
Dəyəri 11.2 milyon dollardır
Vəhşi təbiətdən əldə etdikləri 2.5 ton fil dişini qaçaqmalçılıq yoluyla ölkədən çıxarmağa çalışan qrup üzvləri yaxalanıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Nigeriya hökumətinin Dövlət Təbii Standartlara nəzarət həyata keçirən Agentliyi qaçaqmalçılıq yoluyla ölkəyə gətirilən tonlarla fil dişinin xüsusi vasitələrlə partladılaraq məhv edilməsinə qərar verib. Agentliyin direktoru Aliju Jauro bildirib ki, ələ keçirilən fil dişləri ümumilikdə 2.5 ton ağırlığındadır. Onların dəyəri isə 11.2 milyon dollardır. Lakin bu, Nigeriya hökumətinin vəhşi təbiəti qorumaq amalının qarşısını kəsə bilməz. Bununla hökumət hər cür qaçaqmalçılığa və heyvanların soyqırımına qarşı budan sonra da sərt davranacağını bəyan edir. Agentlik direktoru qeyd edib ki, fil dişləri ölkəyə qaçaqmalçılıq yoluyla gətirilir və qadağan edilmiş ticarətdir. Hər nə qədər dünyada fil dişlərinin ələ keçirilməsi məqsədilə vəhşi təbiətin bu alicənab heyvanlarının məhvinin qarşısı alınmağa çalışılsa da, yenə də biriləri məkrli məqsədlərindən əl çəkmir, filləri məhv edərək dişlərinin müxtəlif ölkələrdə satışını həyat keçirirlər. Fil dişlərindən çox bahalı müxtəlif bəzək əşyaları bu gün də gizli şəkildə olsa da, istehsal edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya