İsrail Rəfaha hücum əməliyyatını təxirə salıb

İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağında köçkün fələstinlilərin sığındığı Rəfaha qurudan hücumu təxirə saldığı iddia edilib.
Sherg.az xəbət verir ki, İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə, ötən həftə Rəfaha qurudan hücum üçün "tarixin müəyyənləşdiyini" deyən Netanyahunun bu addımı "ertələdiyi" iddia edilib.

Xəbərdə Netanyahunun Rəfaha quru hücumunu niyə və nə vaxta qədər təxirə saldığına dair heç bir məlumat verilməyib.

Netanyahu aprelin 8-də verdiyi açıqlamada təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qurudan hücumun "tarixinin müəyyən edildiyini" bildirib.