Həyatın ən böyük sirlərindən
biri olan ölüm və onun nəticələri elm adamları arasında müzakirə mövzusuna
çevrilib. Sherg.az xəbər verir ki, yayımlanan sənədli filmdə alimlər sınaq nəticələrinə görə ölümdən
sonra həyatın davam etdiyini və ruhun bədənlə birlikdə ölmədiyini bildiriblər.
Ölümdən sonra ruh fəlsəfə, din və elm kimi bir
çox sahənin üzərində dayandığı bir mövzudur. Fərqli mədəniyyətlər və inanc
sistemləri ölümdən sonra ruhun olması ilə bağlı müxtəlif fikirlərə malikdir.
Bəzi alimlər şüurun ölümdən sonra
da davam edə biləcəyini irəli sürsələr də, digərləri bunun sadəcə bioloji proses
olduğunu və şüurun bədənin ölümü ilə bitdiyini iddia edirlər.
Arizona Universitetindən
Prof. Dr. Stuart Hameroff və İngilis fizik Ser Roger Penrose, ölümdən sonra
şüurun kvant səviyyəsində saxlandığını düşündüklərini və "İnsan ölərsə, bu
kvant məlumatı mikroborucuqlardan çıxarılaraq kainata qarışır" deyirlər.
Böyük Britaniyadan olan alim
Dr. Sam Parnia isə insan şüurunun ölümdən sonra da varlığını davam etdirdiyini
iddia edir. Parnia National "Geographic"in Morqan Frimanın
aparıcılığı ilə yayımlanan “Tanrının Hekayəsi” verilişində izah edib ki, o,
insan şüurunun biz öldükdən sonra da yaşayacağına inanır.
İnfarkt keçirən və sağ qalan
100-dən çox xəstəni müayinə etdiyini deyən həkim, bu xəstələrin ən mühüm
xüsusiyyətinin texniki cəhətdən ölüb geri qayıtmaları olduğunu və hamısının çox
qəribə təcrübələr yaşadıqlarını izah edir.
Palmanın başlanğıc nöqtəsi,
sınaqdan keçirdiyi hallarda demək olar ki, bütün ölüm təcrübələrinin oxşar
olmasıdır. Ölüm anından sonra hüceyrələr çökməyə başlayır və bu
proses zamanı baş verənlər ölüm təcrübəsini ortaya qoyur.
İnsanların belə təcrübələri
olduğunu minlərlə ildir bildiklərini ifadə edən Dr. Palma, ölümdən sonra həyatın
mümkün olduğunu, ruhun (və ya ağılın) itirilmədiyini və bədən yenidən canlananda həyatın
qaldığı yerdən davam edəcəyini iddia edir. Bununla belə, o, insan zehni
haqqında çox az şey bilindiyini və təəssüf ki, bu suala qəti cavabın olmadığını
bildirir.