ABŞ ordusu müharibəyə qoşulur: Dünya qarışacaq

Oktyabr ayından bəri İsrailə qarşı irili-xırdalı hücumlar həyata keçirən Hizbullahın son günlərdə ən önəmli komandirləri həyatını itirdi, onların arasında Hizbullah lideri Həsən Nəsrullahın yardımçılarının olduğu da bildirilir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, türkcə “Allahın partiyası” mənasını verən “Hizbullah” illərdir İsraillə mübarizə aparır. Oktyabrın 7-dən Livan-İsrail sərhədində gərginlik yüksəkdir. Hizbullah dünən koordinasiyalı hücumda İsrailin 9 hərbi obyektini hədəf aldığını açıqlayıb. İsrail mediasının məlumatına görə, ən azı 100 raket və 30 pilotsuz təyyarə ilə həyata keçirilən hücum Hizbullahın indiyədək keçirdiyi ən böyük hücum olub. 


"Jerusalem Post" qəzetindəki xəbərdə Hizbullah lideri Həsən Nəsrullahın son itkilərdən panikaya düşdüyü və İsrail ordusundan qorxmağa başladığı bildirilib. Qəzetin iddiasına görə, Nəsrullah indi İsrail ordusunun onu hər an öldürə biləcəyi faktı ilə üzləşib, lakin onun hələlik geri çəkilmək fikri yoxdur. Çünki Nəsrullah intihar edəcək və ya qaçacaq bir lider kimi deyil, növbəsi çatarsa, təxminən 300 minlik ordusu ilə döyüşə getməyə hazır olan biri kimi görünür.

Əslində, son günlər Hizbullahın hücumlarını artırmasının əsas səbəbinin Nəsrullahın cavab vermək istəyi olduğu təxmin edilir. İsrailli ekspertlərin fikrincə, Hizbullah oktyabr ayından genişmiqyaslı müharibəyə hazırdır, lakin onlar genişmiqyaslı müharibə əvəzinə İsrail vətəndaşlarını hədəfə alaraq psixoloji gərginlik yaratmağa üstünlük verirlər. Digər tərəfdən, Hizbullahın mümkün hərtərəfli hücumu halında, ABŞ ordusu Yaxın Şərqdəki müharibəyə rəsmən cəlb olunacaq, çünki İsrailin bölgədəki yeganə dəstəkçisi hələlik Vaşinqton olaraq görünür, zatən  ABŞ qanadı da bunun qarşısını almaq üçün Beyrut-Tehran-Təl-Əviv arasında tez-tez görüşlər keçirir.