Ermənistan NATO sammitində iştirak edəcək

Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaş formatı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə Ermənisan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

“Ermənistan Vaşinqtonda keçirilən NATO sammitinin tərəfdaş formatı tədbirində və təşkilatın 75-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib”, - deyə Badalyan bildirib.

Qeyd edək ki, Obrayen ABŞ-da keçiriləcək NATO sammitinin tərəfdaş formatına Azərbaycan və Ermənistanın dəvət edildiyini bu gün açıqlamışdı.