ABŞ dövlət katibinin müavini Gürcüstana gəlib

ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Gürcüstan səfərə gəlib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə diplomat “X” platformasında paylaşımında qeyd edib.

O, paylaşımında ABŞ-ın Gürcüstan hökumətinin anti-demokratik hərəkətlırindən dərin narahatlıq keçirdiyini qeyd edib.

"ABŞ Gürcüstan hökumətinin Gürcüstanın Avro-Atlantik gələcəyini təhlükə altına alan anti-demokratik hərəkətlərindən ciddi narahatdır", - Zeya qeyd edib.

Qeyd edək ki, dövlət katibinin köməkçisi Gürcüstandan sonra Ermənistana səfər edəcək. Regional səfər 17 iyul tarixlərinədək planlaşdırılıb.