Bryansk vilayəti üzərində 12 Ukrayna pilotsuz təyyarəsi vurulub

 Rusiyanın hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində Ukraynaya məxsus 12 pilotsuz uçan aparatı vurub.  Sherg.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Moskva vaxtı ilə saat 19.20-dən 19.50-dək Kiyevin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk vilayətinin ərazisində Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatını məhv edib.