Türkiyə ilk milli aviadaşıyıcı istehsalına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, artıq İstanbul Gəmiqayırma Zavodunda işlərə start verilib.
Aviadaşıyıcıda 2 uçuş və 1 eniş zolağı olacaq. Milli aviadaşıyıcının uzunluğu 258 metr, eni isə 72 metr olacaq. Onun yükgötürmə qabiliyyəti 60 min ton olması planlaşdırılırdı. Gəmi minimum 25 knot sürətə çata biləcək. Eyni zamanda yanacaq doldurmadan 10 min dəniz milini qət edə biləcək.
Qeyd olunub ki, sözügedən aviadaşıyıcı daha əvvəl istehsal edilən "TCG Anadolu"dan böyük olacaq.