
Trendlər bir növ xəstəlik halını alıb: Bu yolda məşhurlaşanlar da çoxdur, xəstəxanalıq olanlar da
Yusif Nəzərli
11:50 02.01.2025
Sosial
600
Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.
APA xəbər verir ki, həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.
Yeniyetmənin atası bildirib ki, övladı Tiktok platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün “səs çıxaran” qurğu düzəltmək istəyib:
“Bu zaman bizdən xəbərsiz istifadə etdiyi “Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".
Fakt araşdırılır.
Sosioloq Lalə Mehralı “Sherg.az”a bildirib ki, sosial şəbəkələrdə hökm sürən abu-havaya görə insanlar özlərini təqlidçilik etmək məcburiyyəti hiss edirlər:

“Bu bəzən özlərindən asılı olmur. Yəni ya qeyri şüuru, ya da bilərəkdən sadəcə səs toplamaq, baxış qazanmaq, məşhurlaşmaq sevdasına görə edirlər. Ümumiyyətlə trendlər, bir birini təqlid edən səhnələrin icrasıdır. Bütün hallarda hamı başqası olmağa çalışır. Bu yolda məşhur, rüsvay və xəstəxanalıq olanlar da çoxdur. Yəni onları nəyin gözlədiyini heç özləri də bilmirlər. Biabır da ola bilərlər bu biabırçılığın fonunda məşhurlaşa da bilərlər. Bu baxış sayı onlara pul qazandıra bilər. Əslində hər şey daha çox pul qazana bilmək naminə edilir. Yəni baxılsın, reklam olunsunlar, məşhurlaşsınlar və bunun müqabilində pul qazana bilsinlər. Trendlər bir növ xəstəlik halını alıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm