- Yaxşı olar ki, sürücü diqqətini yayındırmasın, əgər vacib zəng deyilsə, kiməsə vacib, təxirə salınmayacaq söz demılidirsə mobil telefondan tutacaqda olmaqla və qulaqcıqla istifadə etsin
Avtomobil idarə edərkən mobil telefondan istifadəyə görə cərimə nəzərdə tutulur. Amma burada sürücülərin bilməli olduğu bəzi məqamlar var. Nəqliyyat məsələləri üzrə ekspert Rüfət Əmiraslanov Sherg.az-a açıqlamasında bildirdi ki, sürücülərin bir çoxu qanunlara bələd deyil, nə zaman, hansı hallarda cərimələnə biləcəkləri haqda məlumatsızdırlar:
- Bizə belə müraciətlər edilir ki, mobil telefon tutacağa bərkidilmişdi, amma cərimə yazıldı. Bu, ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə edilir. Diqqət edin ki, telefonu məhz əldə saxlayaraq danışmağa görə cərimə tətb iq edilir. Amma bu pozuntuya görə sürücünün sürücüyə cərimə balı yazılmır. Sükan arxasında olan şəxs, avtomobil hərəkət halında ikən mobil telefonu tutacağa qoyub danışa bilər, qulaqcıqdan istifadə etməklə daha rahat danışa bilər. Əgər həqiqətən vacib bir zəngdirsə. Amma yaxşı olar ki, sürücü diqqətini yayındırmasın, əgər vacib zəng deyilsə, kiməsə vacib, təxirə salınmayacaq söz demılidirsə mobil telefondan tutacaqda olmaqla və qulaqcıqla istifadə etsin. Bəzən sürücülər yanlış olaraq elə bilir ki, avtomobil işıqforda dayanıbsa, telefonla danışa bilər. Belə deyil.
Avtomobil işıqforun qırmızı işığında dayandığı halda belə, həmin an hərəkət prosesi davam etdiyindən telefondan əldə tutmaqla istifadə etmək qadağandır və cərimə ediləcək. Tutacaq həm də ona görə yaxşıdır ki, məsələn, telefonda xəritəyə baxa və naviqator tətbiqindən istifadə edə bilsin. Buna görə heç bir cərimə yoxdur.