Mark Zukerberq həyat yoldaşının heykəlini hazırlatdı - FOTO

META- nın qurucusu Mark Zukerberq sosial media hesabındakı paylaşımı ilə gündəmə gəlib. Milyarder həyat yoldaşı Prisilla Çanın heykəlini hazırladıb.


Sherg.az xəbər verir ki, tez-tez var-dövləti ilə ad çıxaran 40 yaşlı milyarder sosial media hesabında heykəlinin yanında poza verən həyat yoldaşını fotosunu paylaşıb.

 
Sənət əsəri Daniel Arşam tərəfindən yaradılıb və üç uşaq anası Çanı küləkdə əsən gümüş paltarda təsvir edir.

Zukerberq “Biz həyat yoldaşına heykəl qoymaq ənənəsini geri qaytarırıq” yazıb.

Çan da heykəlini  “Mənsiz heç vaxt darıxmayacaqsan” qeydi ilə paylaşıb.

Qeyd edək ki, cütlük 2003-cü ildə Harvardda oxuyarkən məclisdə tanış olub. 2012-ci ildə ailə quran cütlüyün Maksima, Avqust və Aureliya adlı üç qızı var.