Monteneqronun iki şəhərində meşə yanğını baş verib

Monteneqronun şimalındakı Pluzine və mərkəzi hissəsindəki Tuzi şəhərində meşə yanğınları olub.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyi ordunun Pluzinedəki yanğını söndürülməsinə cəlb olunduğunu açıqlayıb. Bildirilib ki, mülki müdafiə qrupları və havadan helikopter ərazidə alovu lokallaşdırmağa çalışır.

Tuzi şəhərində isə yanğın evlərə çox yaxınlaşıb və bəzi sakinlərin əmlakı üçün təhlükə yaradıb. Əraziyə xilasetmə qrupları və könüllülər cəlb edilib.