Zalujnı Zelenskiyə məhəl qoymayıb, partladıb… - VSJ

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Vladimir Zelenskidən əvvəlcə razılaşdığı “Şimal axını”nda təxribat törətmək əmrini ləğv etməyi tələb edib, lakin ukraynalı general Valeri Zalujnı prezidentin əmrinə tabe olmayıb.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ABŞ, Avropa və Ukraynadakı mənbələrinə istinadla məlumat yayıb.

“MKİ Zelenskinin ofisindən əməliyyatı dayandırmağı tələb edib. Vaşinqtondan təlimat alan Zelenski general Zalujnıya müvafiq əmr verib, lakin o, əmrə məhəl qoymayıb və onun komandası ilkin plana düzəlişlər edib”, - məlumatda qeyd olunub.

Nəşr bildirib ki, “Şimal axını”nı partlatmaq planı ilkin olaraq bir neçə gün ərzində Zelenski tərəfindən təsdiqlənib və heç bir sübut buraxmamaq üçün əməliyyatla bağlı bütün əmrlər şifahi olaraq verilib.