Mahmud Abbas: Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Qəzzaya gedəcək.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə o, Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

Mahmud Abbas qeyd edib ki, ölüm təhlükəsinin olmasına baxmayaraq, o, bu qərarından geri çəkilməyəcək.