Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatının vaxtını uzadıb

Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatının vaxtını avqustun 26-dək uzadıb.

APA xəbər verir ki, bu barədə Yeni Kaledoniyanın Ali Komissarlığı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, son etirazlar nəticəsində ölənlərin sayı 11-ə yüksəldiyi üçün Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatının müddətini avqustun 26-dək uzadıb.