Tramp "İncil"in satışından 300 min dollar qazanıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın cümə axşamı yayımlanan maliyyə açıqlaması onun "İncil"i sataraq yaxşı pul qazandığını göstərir.
Bakupost.az -ın Business Insider-ə istinadən xəbərinə görə, maliyyə açıqlamasında deyilir ki, Tramp "Qrinvud İncili"ndən 300 min dollar qonorar qazanıb.
Kitabın rəsmi adı olan “God Bless the USA Bible” Amerika müğənnisi Li Qrinvudun sevimli mahnısından gəlir.
Göndərmə və digər ödənişlər istisna olmaqla, Müqəddəs Kitab onlayn olaraq 59,99 dollara satılır. Lakin Trampın imzası olan “markalı nəşrin” nüsxələri 1000 dollardan artıq qiymətə satılır.
"Qrinvud İncili"ndə bir neçə qeyri-dini əlavələr var. Bunlar "God Bless The USA" mahnısının sözləri, ABŞ Konstitusiyası, Müstəqillik Bəyannaməsi və s.-dirr.
Bununla belə, internet saytında Müqəddəs Kitabın siyasi və “Donald Trampa məxsus olmadığı bildirilir.
Tramp mart ayında “Truth Social” postu vasitəsilə Müqəddəs Kitabı təbliğ edib.