Ukrayna ilə danışıq aparılmayacaq - Medvedyev

Kiyevin Kursk bölgəsinə hücumundan sonra Rusiya düşməni tam məğlub edənə qədər Ukrayna ilə heç bir danışıqlar aparmayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Neonasistlər Kursk vilayətində terror aktı törətdikdən sonra hər şey öz yerinə düşdü. Vasitəçilərin gözəl dünya mövzusunda boş söhbətlərinə son qoyuldu. İndi hər kəs hər şeyi başa düşür, hətta ucadan deməsələr də. Onlar başa düşürlər ki, düşmən tamamilə məğlub olana qədər daha danışıqlar aparılmayacaq!, - Medvedyev bildirib.