İranın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı müraciətə baxılıb

Avrasiya İqtisadi Komissiyasının mənzil-qərargahında İran İslam Respublikasının Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusunun alınması ilə bağlı müraciətinə baxılıb.
APA xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, xarici tərəfdaşa belə statusun verilməsi barədə qərarı Ali Avrasiya İqtisadi Şurasının iclasında İttifaqın üzvü olan dövlətlərin başçıları qəbul edir.