KİV: Netanyahunun oğlunun qaldığı binada partlayıcı qurğuya bənzər əşya tapılıb

İsrailin Baş naziri Binyamin Netanyahunun oğlunun yaşadığı binada partlayıcı qurğuya bənzər əşya tapılıb.

APA xəbər verir ki, bu barədə İsrailin N12 telekanlı məlumat yayıb.

Məlumata görə, Netanyahunun ABŞ-da yaşayan oğlu Yairin Mayamidə qaldığı elit binada polis axtarışlar aparıb.

Axtarışlar nəticəsində partlayıcı qurğuya bənzər əşya tapılıb.