Məşhur müğənni EVLƏNİR - FOTO

Hazırda şəxsi həyatı ilə gündəmdə olan məşhur müğənni və aktrisa Selena Qomezin sevgilisi Benni Blankon ilə evlənəcəyi iddia edilib.

Sfera.az xəbər verir ki, Selenanın "TikTok" hesabında "CMG Weddings & Events" adlı şirkəti izləməsi bu iddiaları gücləndirib.

Bu şirkət Los-Anceles, Napa Vadisi və San Fransiskoda dəbdəbəli toyları planlaşdırır.
Xatırladaq ki, cütlük artıq uzun müddətdir sevgilidir.