İraq baş naziri Pezeşkianı Bağdada dəvət etdi

İraqın xarici işlər naziri Fuad Hüseynlə İranın yeni xarici işlər naziri Abbas Arakçı arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə İSNA xəbər verib.
Məlumata görə, söhbət zamanı İraq XİN başçısı iranlı həmkarını yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib.
Fuad Hüseyn İraqın Baş naziri Məhəmməd Sudaninin İran Prezidenti Məsud Pezeşkianı Bağdada dəvətini qarşı tərəfə çatdırıb.