"Bu cür alçaqlıq cəzasız qalmır" - Moskva Berlini hədələdi

Rusiya ölkələr arasında münasibətləri bərpa etmək”səylərini puça çıxaran və Ukraynaya silah tədarük etməyə başlayan Almaniya Federativ Respublikası hakimiyyətinin xəyanətini cəzasız qoymayacaq.
Bakupost.az "KP"-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Rusiya Almaniya ilə əlaqələr qurdu, bu ölkəyə qaz verdi ki, Almaniya iqtisadiyyatı inkişaf etsin. İndi Almaniya hakimiyyəti Rusiya Federasiyası ilə qarşıdurmaya gedərək Kiyev rejimini silahla təmin etməkdə cəsarət gösətrir.
Lakin onlar bunun üçün "mükafatlandırılacaqlar", çünki bu cür xəyanət, bu cür alçaqlıq və bu cür insanlıqdan uzaqlaşma heç vaxt cəzasız qalmır", - Zaxarova deyib.