KİV: "Hizbullah" yaxın günlərdə İsrailə hücum edə bilər

Livanın "Hizbullah" hərəkatı iyul ayında Beyrutda hərbi qanadının komandiri Fuad Şükrün zərərsizləşdirilməsinə cavab olaraq yaxın günlərdə İsrailə zərbə endirə bilər.
"Report" xəbər verir ki, bu barədə "Kan" radiostansiyası mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, "Hizbullah" hərəkatı cavab vermək niyyətindən əl çəkməyib və bu, Qəzza zolağında vəziyyətin nizamlanması üzrə avqustda başlaması planlaşdırılan danışıqların növbəti raundunun gedişindən asılı olmayaraq hər an baş verə bilər.