Kreml: Putin Bakıya son səfəri zamanı Pavel Durovla görüşməyib

Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı Teleqramın yaradıcısı Pavel Durovla görüşməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Durovun Fransada həbs olunmasına da münasibət bildirib.

Peskov Durovun həbsini indi şərh etməyi düzgün hesab etmir, çünki onun nədə ittiham olunduğu hələ məlum deyil.