
AŞPA-nın antiazərbaycan mövqeyi: Erməni diaporundan alınan rüşvət gözlərini kor edib -RƏY
09:54 27.08.2024
Siyasət
582
Qərbi Azərbaycan İcması Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) təmsil olunan qüvvələrdən Azərbaycana qarşı ayrı-seçkiliyə son qoymağı tələb edib. Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, müəyyən dairələrin sifarişini yerinə yetirən qüvvələr sırf irqi ayrı-seçkilik əsasında AŞPA-da Azərbaycana qarşı genişmiqyaslı kampaniya başlatmış və Azərbaycan nümayəndə heyəti Assambleyada öz fəaliyyətini dayandırmaq qərarı verib: "AŞPA-nın 24 yanvar 2024-cü il tarixində qəbul etdiyi antiazərbaycan qətnaməsi bu bədnam kampaniyanın pik nöqtəsidir. Müxtəlif siyasi donlara girən, əslində isə ifrat millətçi olan bir ovuc ünsürün qəbul etdiyi qətnamənin mətnindən də bu kampaniyanın əsl motivi aydın görünür – Azərbaycanofoblar ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmirlər. Azərbaycan tərəfi özünün milli maraqlarına söykənərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxan, irqi ayrı-seçkiliyə yol verərək Avropa İnsan Hüquqları Konvensiyasını pozan məlum AŞPA üzvlərini arzuolunmaz şəxslər elan etmişdir. İrqçiləri ifşa edən bu qərar Azərbaycanın suveren haqqıdır və insan hüquqlarının təşviqinə xidmət edir". Vurğulanıb ki, AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulosun və AŞPA-nın Almaniyadan olan üzvü, bədnam Azərbaycanofob Frank Şvabenin Azərbaycanın sözügedən qərarına münasibətdə ifadə etdikləri qəbuledilməzdir: "Son 30 il ərzində Azərbaycan torpaqlarının işğalına son qoyulmasına çağırmayan, 21-ci əsrdə, bir ölkənin paytaxtında “Türksüz Ermənistan” şüarı ilə keçirilən çoxminli aksiyaları pisləməyən, qayıdış hüququnun yalnız ermənilərə aid olduğunu təbliğ edən, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı çağırış etməyən AŞPA-ya və bəzi Qərb təsisatlarına yığışmış bu “insan hüquqları aşiqləri”nin qərəzli fikirləri Azərbaycan xalqı üçün heç bir dəyər kəsb etmir".
AŞPA-nın Azərbaycan əleyhinə başlatdığı növbəti kampaniyanı “Sherg.az”a dəyərləndirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, bir çox Qərb qurumlarının antiazərbaycan davranışlarının səbəbləri var:

"Həmin səbəblərin sırasında Avropa İttifaqı və onun ətrafındakı qurumların dərin korrupsiyaya uğraması yer alır. Bu onların ədalətli mövqe göstərmələrinə əngəl törədir. Yəni Azərbaycana qarşı ədalətsiz mövqeylərinin arxasında erməni diasporunun Avropa qurumlarına, o cümlədən AŞPA-nın ayrı-ayrı üzvlərinə külli miqdarda rüşvət verməsinin təsirləri durur. Erməni diasporundan alınan vəsaitlərin hesabına avropalı siyasətçilər Azərbaycana qarşı əsassız və absurd iddialar irəli sürməklə məşğul olurlar. Yəni müəyyən mənada çirkli yollarla pul qazanırlar. Ona görə də AŞPA-dan ədalətli və düzgün mövqe gözləmək sadəlövhlük olardı”.
Analitik vurğulayıb ki, Qərbin Cənubi Qafqazdakı maraqları da Avropa qurumları və AŞPA-nın Azərbaycanla bağlı mövqeyinə ciddi şəkildə təsir göstərir:
“Əsas təsirlər isə Azərbaycana qarşı təzyiq göstərmək cəhdlərinin ön plana keçməsindən ibarətdir. Ancaq rəsmi Bakı qətiyyən bu təzyiqlərə imkan vermir və hansısa nəticə verməsinə şərait yaratmır. Eyni zamanda Azərbaycan ədalətsiz korrupsiyaner Avropa qurumlarına qarşı əks addımlar da atır və öz imkanları çərçivəsində sanksiyalar tətbiq edir. Sözügedən seçkilərə Avropa qurumlarının böyük əksəriyyətinin dəvət olunmaması faktiki olaraq rəsmi Bakının onlara sanksiyalar tətbiq etməsi anlamı daşıyır. Eyni zamanda, COP29 tədbiri ərəfəsində rəsmi Bakının Azərbaycan nümayəndə heyətinə qarşı səsverən insanları arzuolunmaz şəxslər elan etməsi Avropanın korrupsiyaner qurumlarının və AŞPA-nın mövqeylərinə sarsıdıcı zərbələr vurub. Bütün bunları nəzərə alsaq, Azərbaycana qarşı atılan ədalətsiz addımların cavabsız qalmayacağı şübhə doğurmur. Cənubi Qafqazda maraqları olan Qərb siyasi dairələri Avropa qurumlarının davranışlarına ciddi şəkildə fikir verməlidirlər. Əks halda həm sözügedən qurumların Cənubi Qafqaza təsirləri boşa çıxacaq, həm də Qərb siyasi dairələrinin regiondakı maraqları iflasa uğrayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm