Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsi bəzi sosial media hesablarında və mətbuatda yer alan “Yanmış meşə ərazilərində otellər tikilir” kimi iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, iddialarla bağlı Meşə Təsərrüfatı Baş İdarəsi sosial media hesablarından açıqlama verilib.
Açıqlamada Muğla Milas Güvercinlik Körfəzinin 1987-ci ildə turizm mərkəzi elan edildiyi, bu bölgədəki 42 hektar meşə sahəsinin 1991-ci ildə Mədəniyyət və Turizm Nazirliyinə ayrıldığı xatırladılıb.
Açıqlamada bildirilib ki, 2021-ci ildə sözügedən ərazinin 2007 və 2021-ci illərdə baş vermiş meşə yanğınları nəticəsində ziyan dəymiş hissələri ləğv edilib və 27 hektar sahədə ayrılması davam etdirilib.
Həmçinin ayrılmış ərazilərdə “La Blanche”, “Titanik” və “Lujo” otellərinin tikildiyi vurğulanaraq və aşağıdakılar qeyd olunub:
"2007-ci ildə Güvercinlikdə baş verən meşə yanğınında 223 hektar əraziyə ziyan dəyib. "Lujo Hotel" üçün ayrılmış 8,4 hektar ərazinin 2,9 hektarı yanğından zərər çəkib. Titanik və La Blanş otellərinin yerləşdiyi ərazilər isə yanğından ziyan dəyib. Xronologiyadan da göründüyü kimi, yanğından əvvəl ayırma prosesi edilib. Yanan ərazilərin tikinti üçün açıldığı və ya otellərin inşa edildiyi iddiaları həqiqəti əks etdirmir. Konstitusiyanın 169-cu maddəsinə uyğun olaraq, 'Yanmış meşələrin yerində yeni meşələr yetişdirilir, yanan ərazilərdə aparılan işlər də ictimaiyyətlə paylaşılır”.