Rusiya Gürcüstanda qalib gəldi - Marqvelaşvili

Rusiya Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra mühüm ideoloji uğur əldə etdi.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili “Uoll Strit Jurnal”a müsahibəsində deyib.
“Rusiya üçün ideoloji baxımdan bu, böyük qələbədir. Gürcüstan hökumətinin Qərbdən daha müstəqil mövqe tutaraq millətin geosiyasi oriyentasiyasını dəyişmək qərarı mühüm məqam oldu”, - Marqvelaşvili bildirib.