Sırski: Ukrayna ordusu Kurskda daha 2 kilometr irəliləyib

Sutka boyunca Ukrayna ordusu Kursk vilayətinin ərazisində daha 2 kilometr irəliləyib.
APA “insider.ua”ya istinadən xəbər verir ki, bunu Ukrayna Ordusunun Baş komandanı Aleksandr Sırski deyib.
O bildirib ki, bununla da ordu bölgədə 5 kvadrat kilometrlik ərazini nəzarətə götürüb.
Sırskinin sözlərinə görə, “hazırda Rusiya tərəfinin Pokrovka istiqamətindəki müdafiə xəttini yarmağa yönələn cəhdləri uğursuzluqla nəticələnir”.