Niderland Ukraynaya 28 ədəd “Vikinq” təhvil verəcək

Niderland Ukraynaya 28 ədəd “Vikinq” tırtıllı yolsuzluq avtomobili təhvil verəcək.
“Report” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Niderlandın müdafiə naziri Ruben Brekelmans məlumat verib.
Nazirin sözlərinə görə, Ukrayna əsgərləri yolsuzluq avtomobilini idarə etmək üçün Niderland Dəniz Piyadaları Korpusu tərəfindən təlim keçiblər:
“Ukraynanın bizim köməyimizə çox ehtiyacı var. Buna görə də, Niderland 28 ədəd “Vikinq” tırtıllı yolsuzluq avtomobilini verəcək”.