Türkiyə qoşunlarını geri çəkməyə hazırdır - Lavrov

Türkiyə qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır, lakin hələlik bu proseslə bağlı razılığa gəlinməyib.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Türklər buna hazırdır, lakin hələlik konkret parametrlər razılaşdırılmayıb. Söhbət qaçqınların geri qaytarılmasından, Türkiyə hərbçilərinin mövcudluğunu lüzumsuz edəcək terror təhlükəsinin qarşısının alınması üçün zəruri tədbirlərdən gedir”, - Lavrov qeyd edib.