BMT Baş katibi Qəzzada müharibəyə son qoymağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş İsrail ordusunun HAMAS tərəfindən qətlə yetirilən altı girovun meyitini çıxarmasından sonra bütün girovların azad edilməsinə və Qəzzada müharibənin dayandırılmasına çağırıb.
APA xəbər verir ki, bu barədə Quterreş “X” hesabında paylaşım edib.
“Herş Qoldberq-Polin və digər girovların ailə üzvləri, valideynləri ilə görüşümü heç vaxt unutmayacağam. Bu günün faciəvi xəbəri bütün girovların qeyd-şərtsiz azad edilməsi və Qəzzada müharibə kabusuna son qoyulması zərurətinin sarsıdıcı xatırlatmasıdır”, - Quterreş "X" hesabında yazıb.