Serbiya AB-ni hədələdi: BRİKS-ə qoşulacağıq...

AB-dən gələn təhdid və şantajlar, eləcə də avropalı siyasətçilərin Belqrad qarşısında öhdəliklərini yerinə yetirməklə bağlı yanaşmaları Serbiyanın BRİKS-ə qoşulmasını istiqamətləndirə bilər.
Axar.az xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.
“AB rəsmiləri təhdid və şantajlara davam edərsə, Serbiyanın Avropa yolu BRİKS-ə daxil olmaqla başa çatacaq”, - o bildirib.