Dünyanın siyasi güc mərkəzləri Fransanın Martinikdəki cinayyətlərinə göz yumur -ANALİZ

Fransa hökuməti polisin xüsusi təyinatlıları “CRS 8”in (Səkkizinci Respublika Təhlükəsizlik Bölüyü) əməkdaşlarını bahalaşmaya qarşı nümayişlərin keçirildiyi Martinika adasına etirazların yatırılması üçün göndərib.
Bu barədə polisdəki mənbəyə istinadən BFMTV kanalı məlumat yayıb. Xüsusi bölmənin üzvləri şənbə günü axşam (21 sentyabr – Qeyd) adaya gəlib. 2021-ci ildə yaradılan “CRS 8” bölüyü nümayişlərin yatırılması üzrə ixtisaslaşıb.
Bundan əvvəl Martinika hakimiyyəti qiymət artımına qarşı nümayişlərdən sonra paytaxt Fort-de-Frans şəhərinin və Lamentin kommunasının bir neçə bölgəsində komendant saatı tətbiq edib. Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) məlumatına görə, hazırda bir sıra xarici ərazilərdə orta qiymətlər Avropa Fransasından yüksəkdir - xüsusilə Martinikada - 14%. Eyni zamanda, Martinikada yeməklər 40% bahadır. Nümayişçilər magistral yolların ortasında barrikadalar qurublar, aclıqdan əziyyət çəkən yerli əhali adanın əsas limanına daxil olaraq qida ilə dolu olan bir neçə konteyneri açıb insanlara paylayıblar.

Sosial Tədqiqatlar Mərkəzinin sektoru müdiri, siyasi şərhçi Tural İsmayılov "Sherg.az"a açıqlamasında deyib ki, Fransanın xüsusi təyinatlıları Martinikə göndərməsi insanlıq ayıbından başqa bir şey deyil:

''Təəssüf ki, dünyanın siyasi güc mərkəzləri Fransanın Martinikdə və digər kaloniyalarda həyata keçirdiyi ağlasığmaz cinayyətlərə göz yumur. Hazırkı dövrdə bütövlükdə beynəlxalq hüququ tapdalayaraq absurd formada neokolonializmi davam etdirmək təkcə, Fransanın günahı deyil, eyni formada buna göz yuman və işləksiz qalan beynəlxalq hüququn, dünya təşkilatlarının ayıbıdır. Fransanın açıq-aşkar BMT nizamnamələrini pozaraq Martinik xalqının bütün hüquqlarını ayaqlaması, martiniklilərə qarşı keçirdiyi ardıcıl, qəbuledilməz addımlar dünya ictimai siyasi illiyində real qiymət almır. Bütün bunlar da Fransanın azğınlaşmasına səbəb olur. Beynəlxalq təşkilatların susmasına səbəb isə onların məhz, özlərinin Fransanı bu kimi cinayyətlərə təşviq etməsidir. Bu günə qədər beynəlxalq təşkilatlar Fransanın digər müstəmləkə altında saxladığı bölgələrdəki davranışlarına və insan hüquqlarına zidd hərəkətlərinə də göz yumublar. Hazırda həmin təşkilatlar Martinikdə eyni qətliamları,hörmətsizlikləri davam etdirirlər. Hər halda bu çox pis presidentdir. Dünya birliyi adekvat addımlar atmır. Fransanın bu addımları Niderland kimi müstəmləki dövlətləri təşviq edir. Onlar da kaloniya altında saxladıqları coğrafi ərazilərdə ağlasığmaz addımlar atmağa davam edəcəklər".