Bartın çayı dənizin rəngini dəyişdi -FOTO

Ötən bazar və bazar ertəsi Qərbi Qara dəniz bölgəsinə yağan yağışdan sonra Bartına 10 saatda hər kvadratmetrə 250 kiloqramdan çox yağıntı düşüb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Bartının dağlıq hissəsindən gələn və buradan təxminən 15 kilometr keçən Bartın çayının gətirdiyi palçıq çayın dənizə tökülən hissəsində suyun rəngini dəyişib. Liman ərazisində dənizin sahil hissəsinin palçıqlı olduğu görülüb. Bölgədə geniş ərazinin rəngi çaydan axan palçıqlı su səbəbindən qəhvəyi olub. Amasra və Kurucaşile rayonlarında dənizin dərələrlə birləşdiyi ərazilərdə də su palçıq rəngini alıb.