Razılaşdıq, İsraili dəstəkləyirik... - Pentaqon

ABŞ İsrailin özünümüdafiə hüququnu dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin İsrail müdafiə naziri Yoav Qallantla telefon danışığının nəticələri ilə bağlı deyib.

“Hizbullahın İsrailin şimal rayonlarına 7 oktyabr üslubunda hücumlar həyata keçirə bilməməsini təmin etmək üçün sərhəd boyunca hücum infrastrukturunun dağıdılması ilə bağlı razılaşdıq”, - Ostin bildirib.

Ostinin sözlərinə görə, mülki şəxslərin sərhədin hər iki tərəfindəki evlərinə təhlükəsiz qayıda bilmələri üçün diplomatik həll də lazımdır.

Qeyd edək ki, ötən gün gecə İsrail ordusu Livana daxil olub. Rəsmi məlumatda lokal quru əməliyyatının başlandığı bildirilib.